Bakı sakini intihara cəhd edib

Bakı sakini intihara cəhd edib
# 21 oktyabr 2014 07:12 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakı şəhər sakini intihara cəhd edib.

Səbail Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayon sakini, 1984-cü il təvəllüdlü Tural Mustafayev intihar etmək məqsədi ilə siçan dərmanı içib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

T. Mustafayevin özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR