Meksikada tanınmış jurnalist oğurlanıb

Meksikada tanınmış jurnalist oğurlanıb
# 09 may 2015 00:11 (UTC +04:00)

Bakı-APA. Meksikada tanınmış jurnalist Xavyer Kano oğurlanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Qerrero ştatının İquala şəhərində baş verib.

Qerrero ştatının baş prokuroru Miqel Anxel Qodinesin sözlərinə görə, Xavyer Kano və onunla birlikdə olan daha 3 nəfər avtomobildə hərəkət edərkən naməlum şəxslərin hücumuna məruz qalıb. Avtomobil İquala və Teleloapan şəhərlərini birləşdirən şosedə aşkarlanıb.

Xatırladaq ki, ötən il sentyabrında İquala şəhərində oğurlanan 43 tələbə “Qerrero unidos” adlı cinayətkar qruplaşması tərəfindən qətlə yetirilmişdi. Polis əməkdaşları silahlı mülki şəxslərin müşayiəti ilə təhsil islahatlarına qarşı etiraz aksiyası keçirən tələbələrə hücum etmişdilər. İstintaq zamanı müəyyən edilmişdi ki, iğtişaşlardan dərhal sonra asayiş keşikçiləri saxlanılan tələbələri cinayətkar qruplaşmanın üzvlərinə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR