Fransada 3 aylıq fövqəladə vəziyyət elan edilə bilər

Fransada 3 aylıq fövqəladə vəziyyət elan edilə bilər
# 15 noyabr 2015 18:18 (UTC +04:00)

Paris. Fuad Qulubəyli-APA. Fransada ötən cümə günü elan olunmuş fövqəlada vəziyyəti daha 3 ay uzadıla bilər.

APA-nın xəbərinə görə, bununla bağlı Fransa prezidenti Fransua Olland bu gün ölkə parlamentinin hər iki palatasının sədrləri ilə məsləhətləşmələr aparıb.

Belə ki, Fransa qanunveciliyinə görə, ölkə başçısı öz qərarı ilə fövqəladə vəziyyəti yalnız 12 gün uzada bilər. Uzunmüddətli fövqəladə vəziyyət üçün parlamentin qanun qəbul etməsinə ehtiyac var. Bu gün Fransua Olland parlamentin müvafiq komitələrindən belə həssas vəziyyətlərdə ölkə qanunvericiliyinin fövqəlada vəziyyətlərə dair 1955-ci il qanununa yenidən baxmağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR