Maliyyə naziri bəzi bankların konsolidasiyasını istisna etmir

Maliyyə naziri bəzi bankların konsolidasiyasını istisna etmir
# 09 dekabr 2014 15:09 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) məcmu kapitala olan tələbini yerinə yetirə bilməyən banklar bazarı tərk edəcək.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bankların konsolidasiyasını da istisna etməyib: “Şübhəsiz ki, o banklar ki, Mərkəzi Bankın kapitala olan tələbini yerinə yetirəcək, onlar bazarda qalacaq, o banklar hansı ki, bu tələbi yerinə yetirə bilməyəcəklər, yəni müvafiq həcmdə kapitalını artıra bilməyən banklar bazardan gedəcəklər. Ola bilsin ki, bəzi banklar bir-biri ilə birləşsin. Mən konkret heç nə deyə bilmərəm. Amma hesab edirəm ki, bu günün tələbidir. Bazarda sağlam, güclü, etibarlı banklar qalmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR