Putin: "Dünya silah bazarında rəqabət nəzərə çarpacaq dərəcədə kəskinləşib"

Putin: "Dünya silah bazarında rəqabət nəzərə çarpacaq dərəcədə kəskinləşib"
# 26 oktyabr 2015 14:42 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Dünya silah bazarında rəqabət nəzərə çarpacaq dərəcədə kəskinləşib”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin xarici ölkələrlə hərbi-texniki əməkdaşlıq məsələləri üzrə komissiyanın iclasında deyib.

Onun sözlərinə görə, Rusiya şirkətləri Qərbin qəddar rəqabəti ilə üz-üzə qalıb: “Bu sahə həmişə kifayət qədər rəqabətli olub və belə də qalacaq. Bunu bizim müdafiə şirkətlərimiz bu il hiss ediblər. Onlar bu il qərb ölkələrinin qəddar rəqabəti ilə üzləşiblər. Siyasi motivli sanksiyalar çərçivəsində işləmək ikiqat çətindir”.

Bununla yanaşı Putin yaranmış vəziyyətin unikal olmadığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR