Nazirlik: “Kres GMBH Autohaus” MMC vergidən yayınır

Nazirlik: “Kres GMBH Autohaus” MMC vergidən yayınır
# 05 dekabr 2014 08:27 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bu barədə Vergilər Nazirliyinin rəsmi saytındakı vergi borcunu ödəməyən vergi ödəyiciləri barədə məlumatda bildirilir.

Məlumatda bildirilir ki, Bakı şəhər Vergi Departamentinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı müəyyən olunub ki, Nərimanov rayonu ərazisində qeydiyyatda olan və “Kres GMBH Autohaus” MMC-yə məxsus, avtomobil satışı və texniki xidmət ilə məşğul olan obyekt dövlət büdcəsinə vergi ödəmir.

Bununla yanaşı, vergi borcunun həcmi qeyd edilməyib.

Faktla bağlı qanuna müvafiq tədbirlər görülür.

MMC-dən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR