Qana paytaxtında yanacaqdoldurma stansiyasında baş verən partlayış nəticəsində 100-dən çox adam ölüb

Qana paytaxtında yanacaqdoldurma stansiyasında baş verən partlayış nəticəsində 100-dən çox adam ölüb
# 04 iyun 2015 11:11 (UTC +04:00)

Bakı – APA. Qananın paytaxtı Akkra şəhərindəki yanacaqdoldurma stansiyasında baş verən partlayış nəticəsində 100-dən çox adam ölüb.

APA-nın “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, sakinlər şəhərdə iyunun 3-də axşam yağan güclü yağışdan sonra əmələ gələn seldən qorunmaq üçün yanacaqdoldurma stansiyasına sığınıb. Stansiyada naməlum səbəbdən partlayış baş verib.

Ölkə prezidenti Con Dramani Mahama hadisə yerinə gedib.

Hazırda 4 milyonluq şəhər elektrik enerjisiz qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR