Qurban Qurbanov: “Çox şükür ki, qol buraxmadıq"

Qurban Qurbanov: “Çox şükür ki, qol buraxmadıq"
# 01 oktyabr 2015 21:41 (UTC +04:00)

Bakı-APA. “Meydanda belə mübarizə aparmaq istəyirdik. Futbolçularımdan razı qaldım”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Anderlext”i qəbul edən Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Matçdan sonra mətbuat konfransında iştirak edən Qurbanov qələbə sevincini bölüşüb: “Qələbə qazansaq da, rəqib zəif deyildi. Son vaxtlar bu cür komandaya qarşı oynamamışdıq. “Anderlext” hər bir komandaya qol vurmaq gücündədi. Uşaqlara “sağ ol” deyirəm. Azarkeşləri təbrik edirəm. Vacib 3 xal əldə etdik. Qrupdakı bütün rəqiblərimiz bir-birindən güclüdü. Qələbəyə görə şadam”.

- Şehiçə özünü yığışdırmağı tapşıracaqsınızmı?

- Bir insanın üzərinə çox gedəndə, potensialını itirə bilər. Şehiçin bəzi oyunlarda qələbə qazanmaqda böyük rolu olub. Kimdə səhv olmur ki? Gəlin, bu suala qayıtmayaq. Çünki qarşıda vacib oyunlarımız var, Şehiçə güvənmək lazımdı. Biz ona şərait yaratmalıyıq. Səhvlər olur və bu başadüşüləndi. Bu gün də ümumən pis oynamadı.

- “Anderlext”ə qarşı xüsusi hazırlığınız nədən ibarət idi? Bir də meydançanın vəziyyəti ilə bağlı fikriniz necədi?

- Rəqibin heyətində fiziki göstəriciləri üstün olan oyunçular çox idi. Hündürboy oyunçuları çox idi. Buna görə də, künc zərbəsi zamanı 3 oyunçunu irəlidə saxlayırdım. Ən real qol imkanlarını da standart vəziyyətdən sonra yaratdılar. Çox şükür ki, qol buraxmadıq. O ki qaldı meydançaya, “Yanq Boyz”la oyundakından daha yaxşı idi. Meydanın düzlüyü pis deyildi, amma ikinci hissədə müəyyən problemlər oldu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR