Ekologiya və təbii sərvətlər naziri Göyçayda vətəndaşları qəbul edəcək

Ekologiya və təbii sərvətlər naziri Göyçayda vətəndaşları qəbul edəcək
# 14 oktyabr 2014 08:02 (UTC +04:00)

Bakı-APA. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov oktyabrın 24-də Göyçay şəhərində vətəndaşların qəbulunu keçirəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, saat 10:00-da Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Göyçay, Kürdəmir və Ucar rayonlarının vətəndaşları qəbul olunacaq.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”i, həmçinin 6 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR