Türkiyə səfiri: “Hər dəfə dostluğumuzun qiymətini anladacağıq, bunu etmək mövqeyimizdə bir dəyişiklik olduğu anlamına gəlməz” - VİDEO

Türkiyə səfiri: “Hər dəfə dostluğumuzun qiymətini anladacağıq, bunu etmək mövqeyimizdə bir dəyişiklik olduğu anlamına gəlməz” - <span style="color: red;">VİDEO
# 28 avqust 2014 09:25 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu – APA. Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə Ermənistanın dəvət olunmasına münasibət bildirib.


APA - nın məlumatına görə, İ. Coşqun deyib ki, Türkiyədə xalqın dövlətlə bütünləşməsi baxımından baş verən dəyişikliyi tək Türkiyənin dostlarının deyil, hər kəsin görməsi faydalıdır.

Onun sözlərinə görə, andiçmə mərasimində hər kəs Türkiyənin dostluğunun çox dəyərli olacağını görəcək: “Türkiyə ilə tarixi təhrif etməklə, gərəksiz qarşıdurmaya sürüklənmək heç kimə fayda gətirməyəcək. Amma gerçəklərlə üzləşməklə, Türkiyənin dostluğunu qazanmaq hər kəsə faydalı olacaq”.

Ermənistanın andiçmə mərasiminə dəvət edilməsi ilə bağlı spekulyativ xəbərlərin yayıldığını deyən səfir qeyd edib ki, hətta ölkə prezidentinə çağırış edənlər var: “Türkiyənin Azərbaycandakı səfiri kimi bir xahişim var: bu kimi hadisələr olan zaman suallar verməzdən necə Türkiyənin keçmişinə baxın. Bu gün keçiriləcək mərasim Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimidir. Bu o şəxsdir ki, Bakıya gəldi və Milli Məclisdə açıq şəkildə bəyan etdi ki, Türkiyədə Azərbaycan əleyhinə addım atıla bilməz. Rəcəb Tayyib Ərdoğanın bir şeyi söylədiyi zaman onun gerçəkliyi əks etdirdiyini Azərbaycan xalqı da qəbul edir, bunu bilirəm. Ona görə də burada problem olacağı kimi bir həyəcana qapılmaqdan vaz keçin. “Türkiyə ilə Azərbaycan arasında bir problem yarana bilərmi?” deyərək düşünən dairələri həyəcanlandırmaq istəyənlər varsa, bu, başqa məsələdir”.

İ. Coşqun bəyan edib ki, gerçəklikdə Azərbaycanla Türkiyə Dağlıq Qarabağ münaqişəsinin çözülməsi, hər iki ölkənin daha da inkişaf etməsi, üçüncü ölkələrin bu inkişafdan yararlanması üçün birlikdə çalışmaqda davam edəcək: “Azərbaycan torpaqları uzun müddətdir ki, işğal altındadır, bu, qəbuledilməzdir. Biz birlikdə dünyaya tarixi gerçəkliyi çatdırmağa davam edəcəyik. Əksini iddia edənlərə qarşı isə birgə hərəkət edəcəyik və hər dəfə utanmadan, çəkinmədən dostluğumuzun qiymətini anladacağıq. Bunu etmək mövqeyimizdə bir dəyişiklik olduğu anlamına gəlməz. Ona görə də Azərbaycanda hər kəsdən xahişim odur ki, həyəcana qapılmasınlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR