Azərbaycan dələduzluqda təqsirləndirilən İran vətəndaşı barəsində beynəlxalq axtarış elan edib

Azərbaycan dələduzluqda təqsirləndirilən İran vətəndaşı barəsində beynəlxalq axtarış elan edib
# 18 may 2015 07:08 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycan İran vətəndaşını beynəlxalq axtarışa verib.

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, Doosti Alireza dələduzluqda təqsirləndirilir. Azərbaycan hüquq-mühafizə orqanları ölkədən qaçan Doosti Alireza barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR