Gürcüstan-Türkiyə əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edilib

Gürcüstan-Türkiyə əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edilib
# 01 oktyabr 2015 21:57 (UTC +04:00)

Tiflis. Niami Məmmədzadə-APA. Gürcüstanın iqtisadiyyat və sabit inkişaf naziri Dmitri Kumsişvili və Türkiyənin Gürcüstandakı səfiri Ləvənt Gümrükçü arasında görüş olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib. Tədbirdə Türkiyənin Gürcüstanın əsas ticarət tərəfdaşı olduğu vurğulanıb, həmçinin ticarət sahəsində əməkdaşlıq üçün böyük potensialın olduğu qeyd edilib və ixracatın artdığı bildirilib.

Gürcüstan tərəfi investisiya sahəsində Türkiyə tərəfi ilə əməkdaşlığı genişləndirmək üçün maraqlı olduğunu bildirib.

Tərəflər turizm, nəqliyyat və rabitə sektorlarında əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR