İŞİD-in pusqusuna düşən 14 İraq hərbçisi həlak olub

İŞİD-in pusqusuna düşən 14 İraq hərbçisi həlak olub
# 12 avqust 2015 17:26 (UTC +04:00)

Bakı-APA. Iraq ordusunun 14 hərbi qulluqçusu İŞİD-in qurduğu pusquya düşərək həlak olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hərbi qulluqçuların ər-Ramadi şəhəri yaxınlığında irəlilədikləri avtomobil konvoyu minaya düşüb.

İyulun sonunda Ər-Ramadi yaxınlığında terrorçu-kamikadzelərin hücumu nəticəsində 12 hərbçi həlak olmuşdu.

Qeyd edək ki, İraqın Ər-Ramadi şəhəri İŞİD silahlılarının nəzarəti altındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR