“ABB-Moskva” iri həcmdə sindikatlaşdırılmış kredit cəlb edib

“ABB-Moskva” iri həcmdə sindikatlaşdırılmış kredit cəlb edib
# 17 noyabr 2014 10:49 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “ABB-Moskva” Bankı 1 il müddətinə 54 mln. ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit cəlb edib.

Azərbaycan Beynəlxalq Bankının (ABB) mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, cəlb olunan kreditin müddəti sonradan uzadıla bilər.

Bu müqavilənin təmin olunmasında zəmanətçi kimi, “ABB-Moskva”nın yeganə səhmdarı olan ABB çıxış edir.

Müqavilənin əsas müvəkkili qismində “Novikombank” QSC çıxış edir. Eyni zamanda, “MSP Bank” ASC, “Bank Zenit” ASC, “RosEvroBank” və “Baltikums Bank” da müvəkkil təşkilat kimi seçilib.


Qeyd edək ki, “Novikombank” QSC “ABB-Moskva”nın etibarlı tərəfdaşıdır. Sindikatlaşdırılmış kreditin cəlb olunmasını nəzərdə tutan bu sənəd kredit təşkilatları arasında 4-cü razılaşmadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR