Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalında artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar-oktyabr ayları ərzində ölkədə kompüter, elektron və optik məhsulların istehsalı 98,6% artıb.
Elektrik avadanlıqlarının istehsalında isə artım 11,7% olub.