Bakıda 25 yaşlı oğlan bıçaqlanıb

Bakıda 25 yaşlı oğlan bıçaqlanıb
# 16 iyul 2015 08:18 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda bıçaqlanma hadisəsi baş verib.

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Ziya Bünyadov prospekti 125-in qarşısında qeydə alınıb.

Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Kamran Qurbanov naməlum şəxs tərəfindən bıçaqlanıb.

K. Qurbanov müxtəlif bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində iş aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR