Hüseyn Zülfüqari: “İran sərhədlərini möhkəmləndirir”

Hüseyn Zülfüqari: “İran sərhədlərini möhkəmləndirir”
# 09 noyabr 2015 23:06 (UTC +04:00)

Bakı-APA. İran terrorçuların ölkəyə keçməsinin qarşısını almaq üçün sərhəd postlarının sayını artırıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari bəyan edib.

“İran sərhədlərini möhkəmləndirir. Quru sərhədlərimiz boyu 271 yeni sərhəd məntəqəsi inşa edilib. Sərhəd infrastrukturu əlavə olaraq elektron izləmə vasitələri ilə təmin edilib, havadan müşahidə və nəzarət artırılıb”, deyə H. Zülfüqari bildirib.

Onun sözlərinə görə, son aylar İran təhlükəsizlik məsələlərində qonşu dövlətlərlə əməkdaşlığı xeyli genişləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR