Azərbaycanda 226 yeni dini icma qeydiyyatdan keçib

Azərbaycanda 226 yeni dini icma qeydiyyatdan keçib
# 08 iyul 2015 11:35 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, bunlardan 226-sı ilk dəfə qeydiyyatdan keçin yeni dini icmalardır, qalanları isə təkrar qeydiyyatdan keçənlərdir. Onlar arasında islam və qeyri-islam yönümlü dini icmalar var.

2009-cu ildə qəbul olunan və qüvvəyə minən qanunvericilikdəki dəyişikliyə əsasən o vaxta qədər qeydiyyatda olan icmalar təkrar qeydiyyatdan keçməlidir, əks halda onların qeydiyyatının hüquqi qüvvəsi olmur. Hazırda ölkə üzrə bir sıra dini icmalar fəaliyyət göstərir ki, onlar hələ də təkrar qeydiyyat üçün müraciət etməyiblər. Bunların sayının yaxın zamanda açıqlanacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR