“Nar” 1 İyun - Uşaqların beynəlxalq müdafiəsi gününə həsr olan bayram tədbirinə dəstək olub

“Nar” 1 İyun - Uşaqların beynəlxalq müdafiəsi gününə həsr olan bayram tədbirinə dəstək olub
# 01 iyun 2015 13:26 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Qadın və uşaqların problemlərinin araşdırılması” İB-nin təşkilatçılığı və “Nar” rabitə operatorunun dəstəyi ilə 1 iyun – Uşaqların beynəlxalq müdafiəsi günü ərəfəsində valideyn himayəsindən məhrum olan və aztəminatlı ailələrdən olan uşaqlar üçün ”Onlar bizim birimizdir” adlı bayram tədbiri keçirilib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, Bakı, Ağdam, Füzuli, Şamaxı, Ağsu və Zaqataladan olan uşaqların qatıldıqları tədbirdə ümumilikdə 60 azyaşlı iştirak edib.

Tədbir çərçivəsində uşaqlar üçün İçəri şəhərdə, Bayraq Meydanında gəzinti, Azərbaycan Xalça Muzeyində və Heydər Əliyev Mərkəzində ekskursiya təşkil olunub. Dövlət qurumlarının və QHT nümayəndələrinin iştirak etdiyi tədbirdə uşaqlar üçün interaktiv oyunlar təşkil edilib, onlara bayram hədiyyələri verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR