Seçicilərin seçki məntəqəsinə gətirilməsi üçün avtobuslar ayrılacaq

Seçicilərin seçki məntəqəsinə gətirilməsi üçün avtobuslar ayrılacaq
# 21 oktyabr 2014 14:11 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Rayonlarda seçicilərin seçki məntəqəsinə gətirilməsi üçün avtobuslar ayrılacaq. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov deyib.


M. Pənahov bildirib ki, burada sui-istifadə hallarına yol verilməməsi əsasdır: “Əslində seçicinin məntəqələrə gəlməsinin təşkil edilməsi aidiyyəti orqanların və seçki komissiyalarının vəzifələridir. Nəzərə almalıyıq ki, uzaqda yerləşən kəndlər, yaşayış məntəqələri var, həm də bələdiyyə seçkiləri qışda keçiriləcək. Sadəcə, müvafiq orqanlar öz səlahiyyətləri daxilində fəaliyyətlərini həyata keçirməlidirlər. Biz seçki yaxınlaşanda xahiş edəcəyik ki, şəhərlərdə marşrut avtobusları seçki məntəqələrinin yanından keçib getsinlər. Rayonlarda isə seçki məntəqələri yaşayış məntəqəsindən uzaqdırsa, avtobus ayrılacaq. Burada qəbahət heç nə yoxdur, bir şərtlə ki, namizədlərin hansınınsa hüquqlarını pozacaq şəkildə həyata keçirilməsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR