Salyanda avtomobil piyadanı vurub

Salyanda avtomobil piyadanı vurub
# 07 sentyabr 2015 06:51 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı - APA. Salyanda avtomobil piyadanı vuraraq ağır yaralayıb.

Salyan Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, sentyabrın 6-da axşam radələrində Salyan rayonunun Yolüstü kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Yolüstü kənd sakini, 1981-ci il təvəllüdlü Məmmədov Vahid Valeh oğlu idarə etdiyi "VAZ 2106" markalı avtomobillə həmin kəndin sakini, 1968-ci il təvəllüdlü Ağarzayev Rəşid Qara oğlunu vurub. R. Ağarzayev sol bud sümüyünün qapalı sınığı və kəllə travması ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Salyan RPŞ-da araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR