Gəncə sakini yıxılaraq yaralanıb

 Gəncə sakini yıxılaraq yaralanıb
# 14 oktyabr 2014 06:54 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncənin Hacıkənd qəsəbəsində bədbəxt hadisə baş verib.

Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, qəsəbədə düşərgədə yaşayan 1984-cü il təvəllüdlü Pərviz Musayev qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal əməliyyat edilən P.Musayevin vəziyyəti ağır qiymətləndirilir. Gəncə şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, P.Musayev toydan içkili vəziyyətdə evə qayıdarkən yıxılıb və dəmir onun qarın nahiyəsinə bataraq yaralayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR