İsveçrədə İran və ABŞ xarici siyasət idarələri rəhbərlərinin görüşü keçirilir

İsveçrədə İran və ABŞ xarici siyasət idarələri rəhbərlərinin görüşü keçirilir
# 29 mart 2015 10:53 (UTC +04:00)

Bakı – APA. İsveçrənin Lozanna şəhərində İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə ABŞ dövlət katibi Con Kerri arasında görüş başlayıb.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, danışıqlarda həmçinin İran xarici işlər nazirinin müavinləri Abbas Əraqçı və Məcid Taxt Rəvaçi iştirak edirlər.

ABŞ tərəfi isə görüşdə energetika naziri Ernest Moniz və dövlət katibinin müavini Uendi Şermanla təmsil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR