Musiqili Teatrda Yaradıcılıq Studiyası fəaliyyətə başlayıb

Musiqili Teatrda Yaradıcılıq Studiyası fəaliyyətə başlayıb
# 30 oktyabr 2015 08:53 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Musiqili Teatrında Yaradıcılıq Studiyası fəaliyyətə başlayıb. Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlunun APA-ya verdiyi məlumata görə, əməkdar incəsənət xadimi Əsgər Əsgərovun rəhbərliyi ilə ilk məşqlər keçirilib.

Məşğələdə Mədəniyyət və Turizm Nazirliyinin teatr sektorunun müdiri Naidə İsmayılzadə və Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev iştirak ediblər.

Ə. Əsgərov bildirib ki, studiyada Musiqili Teatrın gənc əməkdaşları ilə yanaşı, keçirilmiş müsabiqə nəticəsində müraciət etmiş bir sıra teatrların gənc aktyor və rejissorları, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və aktyor olmaq arzusunda olan gənclər də təmsil olunurlar.

Mətbuat xidmətindən əlavə ediblər ki, Yaradıcılıq Studiyasına istedadlı gənclərin qəbulu davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR