BDU-da SABAH qruplarının müəllimləri üçün treninq keçirilib

BDU-da SABAH qruplarının müəllimləri üçün treninq keçirilib
# 16 mart 2015 09:52 (UTC +04:00)

Bakı - APA. Bakı Dövlət Universitetində (BDU) ali məktəblərinin SABAH qruplarının müəllimləri üçün treninq keçirilib.

Universitetin Mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, tədbiri BDU üzrə SABAH mərkəzinin rəhbəri, dosent İradə Süleymanova açıb və sözü “GDG professional” şirkətinin direktoru Gülzar Quliyevaya verib.

«İdarəetmə»mövzusunda çıxış edən Gülzar Quliyeva təqdimatında müasir tələbənin müəllimlərdən gözləntiləri, sovet dövrü və müasir müəllimlər arasında fərqli cəhətlər, çətin tələbələrin idarəolunması, stereotiplər, kompleksləri yaradan səbəblər və onların aradan qaldırılması yolları, müasir müəllim-tələbə münasibətlərində çatışmayan cəhətlər barədə danışıb.

Təqdimat maraqlı diskussiyalarla başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR