Bakıda mənzildə meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum olub

Bakıda mənzildə meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum olub
# 03 mart 2015 14:23 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakı şəhərində, mənzildə meyiti tapılan şəxsin öldürüldüyü məlum olub. Nərimanov Rayon Prokurorluğundan APA-ya verilən xəbərə görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Arif Heydərov küçəsi 2 ünvanında meyiti tapılan 1987-ci il təvəllüdlü Bəxtiyar Əliyevin bıçaqlanaraq qətlə yetirildiyi müəyyənləşdirilib.

Qeyd edək ki, fevralın 28-də Fövqəladə Hallar Nazirliyinin saytında Bakının Nərimanov rayonundakı mənzillərin birində meyit tapılması barədə məlumat yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR