Dollar əskinazın üzərində ilk dəfə olaraq qadın portreti həkk olunacaq

Dollar əskinazın üzərində ilk dəfə olaraq qadın portreti həkk olunacaq
# 18 iyun 2015 08:04 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. ABŞ-ın Maliyyə Nazirliyi ilk dəfə olaraq, 10 dollarlıq əskinazın üzərində qadın portreti yerləşdirəcək.

"APA-Economics" "CNN Money"ə istinadən xəbər verir ki, həmin portretin kimə məxsus olması ilə bağlı bir neçə ay ərzində keçiriləcək ictimai səsvermə nəticəsində qərar veriləcək.

Yeni əskinaz 2020-ci ildən, ABŞ-da qadınlara seçkidə iştirak etmək hüququ verən konstitusiyaya edilmiş 19-cu düzəlişin 100 illiyi münasibətilə tədavülə buraxılacaq.

Qeyd edək ki, sonuncu dəfə dollar üzərində həkk olunmuş qadın portreti ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun həyat yoldaşı Marta Vaşinqtona məxsusdur. Bu əskinaz 1891-ci ildən 1896-cı ilə qədər tədavüldə olub.

Hal-hazırda 10 dollarlıq əskinazının üzərində ABŞ-ın ilk maliyyə naziri Aleksandr Hamiltonun portreti həkk olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR