SOCAR fevralda həyata keçirdiyi qazma işlərinin həcmini azaldıb

SOCAR fevralda həyata keçirdiyi qazma işlərinin həcmini azaldıb
# 04 mart 2015 14:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin fevral ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 6 990 metr qazma işi həyata keçirib.

APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilin fevral ayına nisbətən 4 320 metr və ya 38,2% azdır.

Bu sahədə görülmüş işlərin 6 647 metri istismara, 343 metri isə kəşfiyyata aid olub.

Ümumiyyətlə, bu ilin yanvar-fevral aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 14 155 metr qazma işi görülüb ki, bu da ötən ilin iki ayı ilə müqayisədə 7 647 metr və ya 35,1% azdır.

Bunun da 13 555 metri istismara, 600 metri isə kəşfiyyata aid olub.

Qeyd edək ki, ilin əvvəlindən qazmadan alınmış 8 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR