Bakıda yük maşını, Gəncədə isə minik avtomobili yanıb

Bakıda yük maşını, Gəncədə isə minik avtomobili yanıb
# 01 iyul 2015 01:20 (UTC +04:00)

Bakı-APA. Ötən axşam Bakıda və Gəncədə yanğın hadisələri qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda “ZİL” markalı yük avtomobilinin salonu və muhərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Gəncə şəhəri, Nizami rayonunda isə vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Yüksək temperaturdan avtomobilin qabaq hissəsinin üzü qarsayıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR