Mirşahin Ağayev: “Bu qərara görə də MTRŞ-nı məhkəməyə verəcəyik”

Mirşahin Ağayev: “Bu qərara görə də MTRŞ-nı məhkəməyə verəcəyik”
# 05 oktyabr 2015 16:26 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında ANS-in baş direktoru Mirşahin Ağayev deyib.

O bildirib ki, MTRŞ-nın bu gün keçirdiyi növbəti toplantıda iştirak edib.

Mətnin xülasəsi
"Məhkəməyə müraciət edəcəyik”

M. Ağayev əlavə edib ki, MTŞR-nın bu gün qəbul etdiyi qərarda da onların razılaşmadığı bır sıra məsələlər var: “Elə buna görə də məhkəməyə müraciət edəcəyik”.

Baş direktor qeyd edib ki, ötən həftə MTRŞ-nın qərarı ilə 1 ay müddətinə qapadılan “Sən tək deyilsən” və “Xoşqədəmlə axtarıram səni” verilişlərinə görə məhkəməyə müraciət etmək üçün sənədlər hazırlanıb.

Qeyd edək ki, bu gün MTRŞ ANS-i 54 min manat məbləğində cərimələyib, “Salam, Azərbaycan” verilişi 10 gün müddətinə, ötən həftə isə ANS televiziyasının efirində yayımlanan “Sən tək deyilsən” və “Xoşqədəmlə axtarıram səni” proqramları 1 ay müddətində bağlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR