Dövlət Bayraq Meydanının sabiq sədri və əməkdaşları dələduzluqda təqsirləndirilir

Dövlət Bayraq Meydanının sabiq sədri və əməkdaşları dələduzluqda təqsirləndirilir
# 29 may 2015 11:43 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov müavini Elçin Şirinovla birlikdə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq təcridxanasında monitorinq keçiriblər.


Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, orada saxlanılan Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədov, İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovla görüşüblər: Hər üç şəxs dələduzluqda təqsirləndirilir. Saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri yoxdur. Bildirdilər ki, kitabla, yeməklə təmin olunurlar, açıq havada gəzə bilirlər. İstintaqın gedişindən narazılıqları yoxdur. Rəşad Məmmədovdan soruşdum ki, onun erməni olması və ermənilərlə qohumluğu barədə mətbuatda yayılan fikirlər nə dərəcədə doğrudur. O, ermənilərlə qohumluğu olmadığını bildiridi” .

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR