Bank Of Baku

Azərbaycan Prezidenti: Azərbaycan və Özbəkistan beynəlxalq təşkilatlarda daim bir-birini dəstəkləyir

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 23 avqust 2026 16:57 (UTC +04:00)

Azərbaycan və Özbəkistan beynəlxalq təşkilatlarda daim bir-birini dəstəkləyir.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası və Özbəkistan Respublikası Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Prezident İlham Əliyev bildirib.

“Biz ikitərəfli formatda iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik. Bu, avtomatik olaraq baş verir. Həmçinin Cənubi Qafqazda gedən müsbət proseslərlə bağlı verdiyiniz qiymətə görə sizə təşəkkür etmək istərdim. Cənubi Qafqazda sülhün təmin olunması nəticəsində bu gün region nəhayət rahat nəfəs ala və dinc inkişafın üstünlüklərini görə bilər”, - deyə dövlət başçısı qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR