Riqada “Şәrq Tәrәfdaşlığı” ölkәlәrinin ilk media konfransı keçirilir - FOTO

Riqada “Şәrq Tәrәfdaşlığı” ölkәlәrinin ilk media konfransı keçirilir - <span style="color: red;">FOTO
# 20 may 2015 08:17 (UTC +04:00)

Riqa. Mәlahәt Nәcәfova - APA. Latviyanın paytaxtı Riqa şәhәrindә “Şәrq Tәrәfdaşlığı” ölkәlәrinin ilk media konfransı keçirilir. APA-nın Riqaya ezam olunmuş müxbiri xəbər verir ki, konfransda Azәrbaycan, Gürcüstan, Ermәnistan, Moldova, Ukrayna vә Belarusdan olan 300-dәn çox jurnalist vә media sahәsi üzrә ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edir.

Tәdbirdә açılış nitqi ilә çıxış edәn Latviya Xarici İşlәr Nazirliyinin dövlәt katibi Andreys Pildeqoviç bildirib ki, bu tәdvir Latviyanın Aİ Şurasına sәdrliyi çәrçivәsindә keçirilir: “Konfrans bu formatda keçirilәn ilk tәdbirdir. Mәqsәd tәrәfdaş ölkәlәr arasında dostlar şәbәkәsini genişlәndirmәkdir. Bu layihәnin inkişafında jurnalistlәrin rolu böyükdür".


Tәdbirdә Aİ Genişlәnmә vә Qonşuluq Siyasәti ofisindәn Kristian Danielson, Avropa Şurasının insan haqları üzrә komissarı Nils Mujnieks, ATӘT-in media azadlığı üzrə nümayәndәsi Dunya Miyatoviç, Latviyanın keçmiş prezidenti Vaira Vike Freyberqa çıxış edәcәk.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR