XİN: "Azərbaycanın Rusiya və Misirdəki səfirlikləri qəzaya uğramış təyyarədə Azərbaycan vətəndaşının olub-olmamasını araşdırır"

XİN: "Azərbaycanın Rusiya və Misirdəki səfirlikləri qəzaya uğramış təyyarədə Azərbaycan vətəndaşının olub-olmamasını araşdırır"
# 31 oktyabr 2015 11:27 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. “Azərbaycanın Rusiya və Misirdəki səfirlikləri Misirdə qəzaya uğramış Rusiya təyyarəsində Azərbaycan vətəndaşının olub-olmamasını bu dövlətlərin rəsmi orqanları vasitəsi ilə araşdırır”. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin Mətbuat katibi Hikmət Hacıyev deyib.

Xatırladaq ki, Rusiyanın “Koqalımavia” şirkətinə məxsus "Airbus-321" sərnişin təyyarəsi Misirin Sinay yarımadasında qəzaya uğrayıb. Təyyarə Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburq şəhəri istiqamətində uçuş həyata keçirmək üçün havaya qalxıb.

Göyərtəsində 217 sərnişin və 7 heyət üzvü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR