Nyu-Yorkda Rusiya xarici işlər naziri ilə Minsk Qrupu həmsədrləri arasında görüş keçirilib

Nyu-Yorkda Rusiya xarici işlər naziri ilə Minsk Qrupu həmsədrləri arasında görüş keçirilib
# 28 sentyabr 2015 06:18 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.

Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nyu-Yorkda keçirilən BMT-nin Baş Assambleyasının 70-ci sessiyasında iştirak edən S. Lavrov həmsədrləri (Amerika Birləşmiş Ştatlarından Ceyms Uorlik, Rusiya Federasiyasından İqor Popov, Fransadan Pier Andryu) qəbul edib. Görüşə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də qatılıb.

Həmsədrlər S. Lavrova Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlarla bağlı məlumat veriblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR