Moskvada vəkil öncə özünü bıçaqlayıb, sonra asıb

Moskvada vəkil öncə özünü bıçaqlayıb, sonra asıb
# 12 iyun 2016 15:16 (UTC +04:00)

Bakı-APA. Moskvada Dağıstan əsilli vəkil İlyas Alayev intihar edib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya İstintaq Komitəsinin Moskva İstintaq İdarəsinin rəhbərinin böyük köməkçisi Yuliya İvanova bildirib ki, öncə vəkil bıçaqla qarın nahiyəsinə zərbə endirib.

Bıçaq zərbəsindən sonra ölmədiyini görən İ. Alayev özünü asıb.

İntihar faktı ilə əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR