350 min manatdan artıq əmlakı mənimsəməkdə təqsirləndirilən sahibkarın şikayəti əsasında məhkəmə başlayıb

350 min manatdan artıq əmlakı mənimsəməkdə təqsirləndirilən sahibkarın şikayəti əsasında məhkəmə başlayıb
# 23 mart 2015 13:07 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Rəşad Qasımovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası aprelin 2-nə təyin edilib.


Qeyd edək ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Bakı şəhər sakini Kənan Muxtarov və Rəşad Qasımovun yol verdiyi qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İstintaq zamanı onların “Azərbaycan Lizinq Şirkəti” MMC-yə məxsus istilik sistemlərinin ayrı-ayrı şəxslərə satılmasına dair saxta alqı-satqı müqavilələrinin rəsmiləşdirilməsinə nail olmaqla ümumilikdə 356 min manat məbləğində külli miqdarda özgə əmlakını, həmçinin MMC-yə məxsus 13 min manat dəyərində istilik avadanlığını aldatma yolu ilə ələ keçirməklə Cəmiyyətə külli miqdarda ziyan vurduğu müəyyənləşib.



Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Muxtarov barəsində Cinayət Məcəlləsinin 70-ci (cəzanın şərti hesab olunması) maddəsi tətbiq olunaraq şərti cəza ilə cəzalandırılıb. Rəşad Qasımov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən K. Muxtarov apellyasiya şikayəti verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR