Polşada Azərbaycan neft sənayesinin tarixindən bəhs edən məqalə dərc olunub

Polşada Azərbaycan neft sənayesinin tarixindən bəhs edən məqalə dərc olunub
# 19 mart 2015 11:45 (UTC +04:00)

Bakı-APA. Polşada geniş oxucu auditoriyasına malik olan “HİSTORİA” aylıq dərgisində Yatsek Pejınskinin müəllifi olduğu “Kutnadan olan polşalı Nobel” adlı məqalə dərc edilib.

Azərbaycanın Polşadakı səfirliyindən APA-ya verilən məlumata görə, məqalədə 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində Azərbaycanda neftçıxarma sahəsində mühüm rol oynamış polşalı Vitold Zqlenitski və Pavel Pototskinin Bakıdakı fəaliyyəti, eyni zamanda Azərbaycanın neft sənayesi tarixi işıqlandırılıb.

Müəllif 19-cu əsrin sonunda Azərbaycanda neft istehsalının 60 tondan 32 min tona qədər artmasına işarə edərək, bu göstəricinin hətta ABŞ-i da üstələdiyini bildirib. O, məhz Azərbaycanda ilk dəfə olaraq dənizdən neft istehsalının başlandığını bildirərək, bunun sayəsində 20-ci əsrdə Azərbaycanın dünya neftinin 50% istehsalçısına çevrildiyini vurğulayıb.

Məqalədə bildirilir ki, V.Zqlinitski ilk dəfə 1896-cı ildə Azərbaycanda Xəzər dənizinin dibindən xam neftin çıxarılması ilə bağlı elmi cəhətdən əsaslandırılmış təkliflə çıxış edib. O, bununla yanaşı Xəzər dənizinin Bakı sahillərindəki potensial neft yataqlarının yerini də müəyyənləşdirib. 1904-cü ildə V.Zqlinitskinin vəfatından sonra onun işini P.Pototski davam etdirib, Bu sahədə böyük uğurlar əldə edib.

Məqalədə müasir Azərbaycanın və eləcə də Bakı şəhərinin mənzərələri, neft buruqlarını əks etdirən foto-şəkillər də yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR