Xızıda baş verən qəzada xəsarət alanlar Sumqayıt təcili yardım xəstəxanasına gətirilib

Xızıda baş verən qəzada xəsarət alanlar Sumqayıt təcili yardım xəstəxanasına gətirilib
# 30 may 2016 13:02 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Ötən gün Xızıda avtobusun aşması nəticəsində xəsarət alan şəxslər Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzindən Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Sumqayıt şəhər Səhiyyə şöbəsinin əməkdaşı Xalidə Quliyeva APA-ya açıqlamasında deyib ki, onlardan 3-ü neocərrahiyyə, 1-cərrahiyyə, qalanları isə travmatalogiya şöbəsinə yerləşdirilib. Onların vəziyyəti orta-ağırdır.

Səhiyyə naziri Oqtay Şirəliyev də Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gələrək xəsarət alanlara göstəriən ilkin yardımla tanış olub, müvafiq tapşırıqlarını verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR