Mübariz Qurbanlı: “Azərbaycanda dini radikalizmə qarşı mübarizə tədbirləri daha da gücləndirilib"

Mübariz Qurbanlı: “Azərbaycanda dini radikalizmə qarşı mübarizə tədbirləri daha da gücləndirilib"
# 13 aprel 2015 14:24 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Komitənin Binəqədi rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının birgə təşkilatçılığı ilə keçirdiyi "Dini radikalizmə qarşı mübarizədə qadınların rolu" adlı tədbirdə deyib.

O qeyd edib ki, İslam dini dünyada mövqeyini, rolunu və nüfuzunu qoruyub saxlamaqdadır. M.Qurbanlı gənclər arasında dini maarifləndirmə işinin aparılmasının zəruriliyindən, bəzi radikal qrupların gəncləri təsir dairəsinə salmağa çalışmasından danışaraq, bunun qarşısının alınması üçün görülən işlərin uğurla davam etdiriləcəyini vurğulayıb. Komitə sədri qeyd edib ki, Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır və bu mübarizədə ən effektiv vasitə maarifləndirmə işidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR