Bakıda özünü körpüdən atmaq istəyən şəxs xilas edilib - FOTO - YENİLƏNİB 1 - VİDEO

Bakıda özünü körpüdən atmaq istəyən şəxs xilas edilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB 1  - <span style="color: red;">VİDEO
# 21 avqust 2014 10:48 (UTC +04:00)

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin Fəqan Sabir oğlu Nəsibovla apardığı danışıqlar nəticə verib və o, fikrindən daşındırılaraq körpüdən düşürülüb. Hadisə yerinə onun ailə üzvləri də gəlib.

Qeyd edək ki, intihar etmək istəyən şəxs hazırda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı olan Lütfəli Babayevin Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı olarkən ondan aldığı 65 min dolları qaytarmadığını iddia edir.

***

Saat 12.13

Bakı. Fuad Cəfərov – APA. Bakıda körpünün üstünə çıxaraq intihar etmək istəyən şəxsin adı məlum olub.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, körpüdən özünü atmaq istəyən şəxs Fəqan Nəsibovdur.

Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri F. Nəsibovu fikrindən daşındırmaq üçün danışıqlar aparır.

***

saat 11:47

Bakı. Hafiz Heydərov – APA. Bakıda kişi intihara cəhd edir.

APA-nın məlumatına görə, metronun “Koroğlu” stansiyası yaxınlığında kişi intihar etmək məqsədilə körpüyə çıxıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Hazırda intihar etmək istəyən şəxsi fikrindən daşındırmaq üçün danışıqlar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR