“Nabat” filmi Boğaziçi Beynəlxalq Film Festivalında nümayiş olunacaq

“Nabat” filmi Boğaziçi Beynəlxalq Film Festivalında nümayiş olunacaq
# 16 noyabr 2015 10:36 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycanın “Nabat” bədii filmi noyabrın 20-dən 27-dək Türkiyədə keçiriləcək Boğaziçi Beynəlxalq Film Festivalında nümayiş olunacaq.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, film festivalın əsas müsabiqə proqramında yer alıb.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-cü ildə lentə alınan filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR