“Azərmarka” şirkəti tərəfindən 6 ay ərzində 10 mövzuda marka dövriyyəyə buraxılıb

“Azərmarka” şirkəti tərəfindən 6 ay ərzində 10 mövzuda marka dövriyyəyə buraxılıb
# 25 iyul 2014 09:03 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin 6 ayı ərzində “Azərmarka” şirkəti tərəfindən 10 mövzuda 24 ədəd poçt markası dövriyyəyə buraxılıb. APA-Economics”in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən verdiyi məlumata görə, yarımillik ərzində 6 növ poçt kartı və 6 növ zərf hazırlanaraq dövriyyəyə buraxılıb.

Qeyd edək ki, poçt markaları suveren dövlətin atributlarından biridir və onların buraxılışı respublikanın dövlətçiliyini və nüfuzunu möhkəmlətməyə xidmət etməlidir. Azərbaycan Respublikası suveren dövlət kimi ilk dəfə olaraq poçt markalarını 1919-cu ilin oktyabr ayında buraxmağa başlayıb. Poçt markaları Azərbaycan Respublikasının “Poçt haqqında” qanununa, Nazirlər Kabinetinin qərarına və “Poçt ödənişi nişanlarının buraxılması haqqında Əsasnamə”yə uyğun olaraq buraxılır. Bu sənədlərin əsasında hər il növbəti ildə buraxılacaq poçt markalarının tematik planı işlənib hazırlanır.

Markalar poçt ödənişi nişanları olmaqla bərabər, eyni zamanda ölkə haqqında müəyyən məlumat daşıyıcılarıdır. Bu amilə əsasən, tematik plan tərtib edilərkən tarix, arxitektura, görkəmli şəxsiyyətlər, flora və fauna, ölkənin tarixində əlamətdar hadisələr və başqa məlumatlara geniş yer verilir. Poçt markalarında Azərbaycanın müstəqilliyi mövzusu geniş qeyd edilir.

Həmçinin, Azərbaycanın görkəmli şəxsiyyətlərinin mövzusu, 20 Yanvar və Xocalı faciələri, həmçinin Qarabağın şəhərləri, onun flora və faunası, Azərbaycan Respublikasının BMT-nin və Avropa Şurasının tərkibinə daxil olması, diplomatik münasibətlərin yaranması və s. üzrə beynəlxalq həyatdakı fəaliyyət mövzusu və s. buraxılış tematikasında mühüm yer tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR