SOCAR dövlət büdcəsinə və DSMF-yə ödənişləri azaldıb

SOCAR dövlət büdcəsinə və DSMF-yə ödənişləri azaldıb
# 11 noyabr 2015 09:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR bu ilin oktyabr ayında dövlət büdcəsinə 136 mln. 31 min manat vəsait ödəyib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin oktyabr ayı ilə müqayisədə 15 mln. 660 min manat və ya 10,32% azdır.

Ümumiyyətlə, bu ilin yanvar-oktyabr aylarında büdcəyə 1 mlrd. 271 mln. 276 min manat vəsait ödənilib ki, bu da ötən ilin 10 ayı ilə müqayisədə 293 mln. 272 min və ya 18,74% azdır.

Bundan əlavə, bu ilin oktyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 11 mln. 194 min manat vəsait köçürüb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 175 min manat və ya 1,54% azdır.

Bu ilin yanvar-oktyabr aylarında isə SOCAR tərəfindən DSMF-yə 115 mln. 417 min manat ödənilib. Bu, ötən ilin 10 ayı ilə müqayisədə 3 mln. 499 min və ya 2,94% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR