Əmlak Məsələləri Dövlət Komitəsinin nazirliyə qarşı şikayəti təmin olunmayıb

Əmlak Məsələləri Dövlət Komitəsinin nazirliyə qarşı şikayəti təmin olunmayıb
# 06 iyun 2016 07:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Əmlak Məsələləri Dövlət Komitəsinin Təhsil Nazirliyinə qarşı şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, bir müddət əvvəl Nərimanov rayon Məhkəməsində Təhsil Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və Əliyev Rəhim Nəsib oğluna qarşı iddiası əsasında məhkəmə prosesi başa çatıb. Məhkəmə iddianı təmin edib.

Nazirlik daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın və şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Məhkəmə qətnaməsi ilə razılaşmayan dövlət komitəsi və R. Əliyev apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR