BBVB-də xarici valyutalar üzrə elektron ticarətin həcmi 34 mln. manata yaxın olub

BBVB-də xarici valyutalar üzrə elektron ticarətin həcmi 34 mln. manata yaxın olub
# 13 avqust 2014 08:51 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü il iyul ayının yekunlarına görə, Bakı Banklararası Valyuta Birjası (BBVB) onun valyuta bölməsində USD/AZN_TOD aləti üzrə keçirilən hərraclarda 8 bank iştirak edib.

BBVB-dən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə Birja Elektron Ticarət Sistemində ("BEST") 42 ticarət sessiyası keçirilib və 16 əqd qeydə alınıb. Hərracların həcmi 33,866 mln. manat və yaxud dollar ekvivalentində 43,179 mln. təşkil edib.

İyun ayı ilə müqayisədə iyulda valyuta bölməsinin həcm göstəriciləri 5,5 mln. manat və yaxud 14% azalıb.

Birja Elektron Ticarət Sistemində USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 2,056 mln. dollara çatıb, halbuki, hər əqdin orta həcmi 2,699 mln. dollar təşkil edib.

Qeyd edək ki, hesabat ayında birjada Azərbaycan manatının USD/AZN_TOD aləti üzrə ABŞ dollarına qarşı məzənnəsi dəyişilməz qalıb - hər USD görə 0,7829 manat təşkil edib. Milli valyutanın ABŞ dollarına nisbi ortaölçülü birja məzənnəsi iyul ayında 0,7843 manata bərabər olub.

BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararasi kredit bazarında market-meyker statusu alan banklar tərəfindən iyul ayında 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 10,24%, ABŞ dolları üzrə isə 10,62% təşkil edib. BakİBİD tarifi 90 günlük müddətində manatla illik 4,93% və ABŞ dolları ilə 4,84% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR