BDU-da fəaliyyət göstərən “Söz” yaradıcılıq birliyi "APA Holdinq"in rəhbəri ilə görüş keçirib - FOTO

BDU-da fəaliyyət göstərən “Söz” yaradıcılıq birliyi "APA Holdinq"in rəhbəri ilə görüş keçirib - <span style="color: red;">FOTO
# 20 dekabr 2014 06:44 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakı Dövlət Universitetinin (BDU) filologiya fakültəsində fəaliyyət göstərən “Söz” yaradıcılıq birliyi "APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı ilə görüş keçirib.

APA-nın xəbərinə görə, görüşdə çıxış edən filologiya fakültəsinin dekanı Məhərrəm Vəliyev deyib ki, bu birlik tələbələrin öz yaradıcılıq imkanlarını daha da inkişaf etdirmələri, ədəbi, mədəni diskussiyalar aparmaları üçün yaradılıb. Dekan bildirib ki, yaradıcılıq birliyi filologiya fakültəsi ilə yanaşı universitetin digər fakültələrində təhsil alan istedadlı gənclər üçün də açıqdır: "Burda yeni bədii əsərlərin müzakirəsi aparılır, tanınmış mütəxəssislər tələbələrə maraqlı təqdimatlar edirlər".

Yaradıcılıq birliyinin rəhbəri Məti Osmanoğlu qeyd edib ki, birliyin ilk görüşləri media rəhbərləri ilə keçirilir: "İstedadlı gənclər bəzən yazdıqlarını çap etdirmək, yaymaq üçün müəyyən çətinliklərlə üzləşirlər. Onların media ilə əlaqələrinin qurulmasına, ədəbi nəşrlərin fəaliyyət göstərdiyi media şirkətləri ilə tanış olmalarına yardım etmək istəyirik".

Tədbirdə çıxış edən "APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı iştirakçılara təmsil etdiyi media şirkəti, xüsusilə "Kulis.az" ədəbi layihəsi barədə geniş məlumat verib.

Özü də bu fakültənin məzunu olan V. Mahirqızı filoloqların media ilə fəal əməkdaşlığının səmərəsindən də danışıb: "Bu gün mediada ən çox şikayət olunan məsələlərdən biri də medianın dil və üslubla bağlı olan problemləridir. Azərbaycan dilini və ədəbiyyatını yaxşı, peşəkar mənimsəyən filoloqların mediada çoxluq təşkil etməsi bu problemin aradan qaldırılmasına əhəmiyyətli təsir edə bilər. Ona görə də, məncə, filoloqlar Azərbaycan dilinin və ədəbiyyatının tədris və tədqiqi ilə yanaşı mediada da aktiv olmalıdırlar".

V. Mahirqızı "Kulis.az" layihəsinin məhz ədəbi gəncliyin layihəsi olduğunu, burda tanınmış imzalarla bərabər istedadlı gənclərin də yaradıcılıq nümunələrinin mütəmadi yayımlandığını qeyd edib.

V. Mahirqızı daha sonra tələbələrin suallarını cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR