"Hirkan" Dövlət Qoruğunda yenidən yanğın olub

"Hirkan" Dövlət Qoruğunda yenidən yanğın olub
# 22 avqust 2014 01:40 (UTC +04:00)

Bakı-APA. "Hirkan" Dövlət Qoruğunda ötən gün yenidən yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Lənkəran rayonu, Daşdatük kəndində (rayon mərkəzindən 25 km aralı) "Hirkan" Dövlət Qoruğunun ərazisində baş verib. Nəticədə, qoruq ərazisində 6 ha sahədə kol-kos və ağaclar yanıb. Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR