Dillər Universitetində "Azərbaycan və Çin mənzərə rəsmləri" mövzusunda tədbir keçirilib

Dillər Universitetində "Azərbaycan və Çin mənzərə rəsmləri" mövzusunda tədbir keçirilib
# 27 avqust 2015 12:02 (UTC +04:00)

Bakı. Esmira Əliyeva – APA. Azərbaycan Dillər Universitetində (ADU) Çin dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə çinli rəssam Qi Baishinin xatirəsinə həsr olunmuş “Azərbaycan və Çin mənzərə rəsmləri” mövzusunda tədbir keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə Miniatür kitab muzeyinin direktoru Zərifə Salahova, ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin tələbələri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən mərkəzin direktoru, professor Rafiq Abbasov Azərbaycan və Çin arasında mədəni əlaqələrin inkişafından, iki ölkə rəssamlarının sərgilərinin mübadiləsindən danışıb.

Tədbirdə çıxış edən Səttar Bəhlulzadənin ev muzeyinin baş mühafizi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərzad Abdinova Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin yaradıcılığı barədə məruzə ilə çıxış edib, rəssamın Azərbaycan təsviri sənət tarixinə, mənzərə janrının inkişafına verdiyi töhfə haqqında söz açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR