Futbol üzrə Rusiya superkuboku uğrunda oyun Azərbaycanda təşkil oluna bilər

Futbol üzrə Rusiya superkuboku uğrunda oyun Azərbaycanda təşkil oluna bilər
# 01 iyun 2015 20:15 (UTC +04:00)

Bakı-APA. Futbol üzrə Rusiya superkuboku uğrunda oyun Azərbaycanda təşkil oluna bilər.

APA-nın “AzərTaca” istinadən məlumatına görə, bu sözləri Rusiya Futbol Premyer Liqasının prezidenti Sergey Pryadkin deyib.

O bildirib ki, ölkə superkuboku uğrunda görüş dekabrda keçiriləcək. Bu oyun ölkə xaricində ilk dəfə təşkil olunacaq. Oyunun keçiriləcəyi variantlar arasında Azərbaycan, İsrail və Türkiyə də var. Bu barədə klublar qərar veriblər.

Superkubok uğrunda matçda “Zenit” və “Lokomotoiv” komandaları üz-üzə gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR